Aprelin 1-dən bu ödənişlərə komissiya gəlir - Pulunuz kəsiləcək
394
14:08, Bu gün

Aprelin 1-dən bu ödənişlərə komissiya gəlir - Pulunuz kəsiləcək

"eManat” bu bank kartlarına mədaxilə görə haqq tutacaq.
 
eManat istifadəçilərə ünvanladığı məlumatda terminallar vasitəsilə həyata keçirilən bəzi əməliyyatlar üzrə yeni xidmət haqqının tətbiq olunacağını açıqlayıb.
 
Bildirilib ki, aprelin 1-dən etibarən eManat terminalları vasitəsilə Premium Bank kart və hesablarına mədaxil edilən vəsaitlərdən 1 faiz məbləğində xidmət haqqı tutulacaq.
 
Məlumata görə, digər ödəniş istiqamətləri üzrə tariflərdə dəyişiklik nəzərdə tutulmur. Qeyd olunur ki, xidmətlər əvvəlki qaydada fəaliyyətini davam etdirəcək. /Demokrat.az/
Link kopyalandı!
Son xəbərlər