İrandan martın 12-də saat 10:00-12:00 aralığında daha altı nəfərin Azərbaycana təxliyəsi baş tutub.
Moderator.az "Report"a istinadən xəbər verir ki, təxliyə Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
Onların dördü Azərbaycan, biri Çin, biri isə Qazaxıstan vətəndaşıdır.
10:23
Fevralın 28-i saat 8:00-dan martın 12-si saat 10:00-dək İrandan Azərbaycana ümumilikdə 2283 nəfər təxliyə olunub.
Moderator.az xəbər verir ki, təxliyə olunanların 395 nəfəri Azərbaycan vətəndaşıdır.
Eyni zamanda, Çinin 685, Rusiyanın 293, Tacikistanın 174, Pakistanın 140, İndoneziyanın 68, Omanın 57, İtaliyanın 44, İranın 29, İspaniyanın 26, Əlcəzairin 25, Səudiyyə Ərəbistanın 18, Yaponiyanın 17, Fransa və Almaniyanın hərəsinın 16, Gürcüstan və Nigeriyanın hərəsinin 13, Macarıstan, Polşa və Özbəkistanın hərəsinin 12, İsveçrə və Meksikanın hərəsinin 11, Belarus, Bolqarıstan, Konqo Demokratik Respublikası və Kanadanın hərəsinin 10 vətəndaşı Azərbaycana təxliyə edilib.
Bundan başqa, təxliyə edilənlər arasında Böyük Britaniyanın 9, Braziliya və Qazaxıstanın 8, BƏƏ-nin, Slovakiyanın, Belçikanın və Rumıniyanın hərəsinin 6, Serbiya, Çexiya, Əfqanıstan, Avstriya və Hindistanın hərəsinin 5, İordaniya, Banqladeş, Türkiyə, Ukrayna, Şri-Lanka, Küveyt, Bəhreyn, ABŞ, Finlandiya və Niderlandin hərəsinin 4, Qətər, Filippin, Xorvatiya, Avstraliya və Danimarkanın hərəsinin 3, Nepal, Livan, Yəmən, Qırğızıstan, İsveç, Sudan, Kipr və Sloveniyanın hərəsinin 2 vətəndaşı var.
İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv Adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir və Belizin hərəsinin 1 vətəndaşı təxliyə olunub.