Gəncədə öldürülən şəxs direktor müavini imiş - FOTO
297
11:14, Bu gün

Gəncədə öldürülən şəxs direktor müavini imiş - FOTO

Ötən gecə Gəncənin Gülüstan qəsəbəsində qətlə yetirilən 44 yaşlı Elçin Nağıyev təhsil işçisi imiş.
 
Moderator.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ixtisasca idman müəllimi olan şəxs Kəlbəcər rayon 71 nömrəli tam orta məktəbin direktor müavini vəzifəsində işləyirmiş.
 
E.Nağıyevi güllələyərək öldürməkdə şübhəli bilinən 17 yaşlı oğlu K.N. saxlanılıb.
 
Bildirilib ki, K.N. mərhumun 4 övladından ikincisidir.
 
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb. Hadisənin hansı zəmində baş verməsi araşdırılır.
Link kopyalandı!
Son xəbərlər