Xalq artisti ayrıldığı aktyor həyat yoldaşından danışdı: “Getməyi mənə pis təsir etdi, çox təkid etdim, amma..” - FOTO+ÖZƏL
407
08:39, Bu gün

Xalq artisti ayrıldığı aktyor həyat yoldaşından danışdı: “Getməyi mənə pis təsir etdi, çox təkid etdim, amma..” - FOTO+ÖZƏL

“Mən iki dəfə ailə həyatı qurmuşam. Yalan danışmaq mənə yaraşmaz. Birinci yoldaşım Gəncə Dövlət Dram teatrında işləyib. O mənim qızımın atasıdır. O rəhmətə gedəndən sonra öz teatrımızda başqa bir aktyorla sevgi yaşadım. Onun da, mənim də aktyor həyatımız bir-birini tamamlayırdı. O sonra Mingəçevir teatrından çıxıb Bakı Bələdiyyə teatrına getdi. Onun buradan aralanmağı mənə çox pis təsir etdi. O mərkəz istəyirdi. Qohumları, anasıgili deyirdi ki, nə var Mingəçevirdə?! Mən öz doğma teatrımdan aralanmadım. O da mənim oğlumun atasıdır. Amaliya Pənahova da gəncəlidir, dəfələrlə mənə təklif olundu ki, Bakı Bələdiyyə teatrına gəlim. O çox təkid etdi mənə ki, bir yerdə gedək. Amma mə getmədim. Fikirləşirəm ki, bu düzgün deyil. Əyalətə də aktyor lazım idi. Mənim Mingəçevir Dövlət Dram teatrında qalmağım bu sənət ocağı üçün xeyirli oldu”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Mingəçevir Dövlət Dram teatrının aparıcı aktrisası Ella Yaqubova deyib.
O daha sonra əlavə edib:
 
“O təkcə teatrdan yox, həm də mənim həyatımdan getdi. Biz bir-birimizi tamamlayırdıq, yaxşı olardı ki, bir-birimizi eşidərdik də. Hazırda da yaşayır. Söhbət aktyor Tofiq Bayramovdan gedir. Burada da işləri yaxşı idi. Anasına görə getdi. Anası xəstə idi. Onlar bura gələndə mən güllə-çiçəklə gəlib onu təbrik edirdim. Biz də Bakıda tamaşa oynayanda gəlmişdi. Bir də “əməkdar artist” fəxri adı alanda gəlmişdi. Sonradan daha gəlmədi. O da ailə həyatı qurub. Sonuncu dəfə biz Rus Dram teatrında tamaşa oynadıq. Mən bilmədim o gəlib ya gəlməyib?!! Sonradan mənə dedilər ki, gəlib tamaşaya baxıb. İçimdə onunla bağlı hər şeyi bitirmişəm”.
 
Xalq artisti gənclərə səslənərək özlərini formada saxlamalarını tövsiyyə edib:
“Aktyor, aktrisa bədən tərzini dəyişəndə o dəqiqə deyirəm ki, kökəlməyin, səhnəyə artıq çəki yaraşmır. Mən səhnəyə rəqsdən gəlmişəm. Qardaşım Yaqub Əziz məşhur rəqqas olub. Mən də onlarla rəqsə gedirdim. Mən teatr studiyasında dərs dediyim uşaqlara rəqs sənətini də öyrədirdim. Çünki səhnədə aktyora hər şey lazım olur. Səhnəni cavan göstərən aktyor, aktrisadır. Artıq çəki aktyora mane olur. Obraza görə bir az kök olmaq olar. Amma mən Hüseyn Cavidin anasını o bədənlə necə oynaya bilərəm?! Mən bir tamaşada evdar qadın obrazını oynayıram. Gecə-gündüz işləyən evdar qadın necə kök ola bilər?”, - deyə xalq artisti bildirib.
Link kopyalandı!
Son xəbərlər