Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul etdi - FOTO
241
15:41, Bu gün

Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul etdi - FOTO

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib.
 
Bu barədə Moderator.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
 
Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
 
Martın 11-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Sabunçu rayon prokurorluğunun inzibati binasında Sabunçu rayonundan olan vətəndaşları qəbul edib.
 
Qəbulda iştirak edən 20 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Link kopyalandı!
Son xəbərlər