Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO
187
15:35, Bu gün

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
 
Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koştanı baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Link kopyalandı!
Son xəbərlər