Rüfət Nasosnunun verilişi bağlandı
241
14:52, Bu gün

Rüfət Nasosnunun verilişi bağlandı

Meyxanaçı Rüfət Kərimovun (Nasosnu) "Kanal S"də yayımlanan verilişi dayandırılıb.
 
Bu yaxınlarda "Kanal S" telekanalında yayımlanmağa başlayan "Evdən-evə" layihəsi dayandırılıb.
 
Bu barədə meyxanaçınnı tanışı Ayxan Məmmədli sosial şəbəkədə məlumat verib: "Hörmətli izləyicilər, məlumat üçün bildiririk ki, "Evdən-Evə" televiziya layihəsinin yayımı dayandırılıb. Veriliş aparıcı Rüfət Nasosnunun təqdimatında yayımlanırdı. Layihənin ərsəyə gəlməsində əməyi olan bütün əməkdaşlara təşəkkür edir, hər kəsə gələcək fəaliyyətində uğurlar arzulayırıq". 
 
Qeyd edək ki, ötən günlərdə o, jurnalist vəsiqəsinin fotosunu paylaşmışdı. /Lent.az/
Link kopyalandı!
Son xəbərlər