Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanları yola salındı - FOTO
173
07:55, Bu gün

Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanları yola salındı - FOTO

Bu gün Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb.
 
Moderator.az xəbər verir ki, bu mərhələdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 81 nəfərdən ibarət 20 ailə, Xocalının Xanabad kəndinə isə 103 nəfərdən ibarət 21 ailə köçürülüb.
 
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
 
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
 
Link kopyalandı!
Son xəbərlər