Prezident mükafatçısı Ülviyyə Axundovaya vəzifə verildi - FOTO
342
14:50, Bu gün

Prezident mükafatçısı Ülviyyə Axundovaya vəzifə verildi - FOTO

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsi Ülviyyə Axundovaya həvalə olunub.
 
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı Gənclər və İdman naziri Fərid Qayıbov müvafiq əmr imzalayıb.
 
Qeyd edək ki, Ülviyyə Axundova 2023-cü ilin oktyabr ayından etibarən bu təyinatadək nazirliyin Gənclərlə iş şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
 
O, 2014-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında bakalavr təhsili alıb. Hazırda isə magistratura təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirir.
 
Ülviyyə Axundova 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Gənclər siyasəti və gənclərlə iş" sahəsində fəaliyyətinə görə Gənclər üçün Prezident mükafatına layiq görülüb.
 
O, gənclərin inkişafı, milli-mənəvi dəyərlərin təbliği, gənclərin ictimai iştirakçılığı və beynəlxalq əməkdaşlıq sahələrində bir sıra milli və beynəlxalq təşəbbüslərin təşkilində fəal iştirak edib.
 
2015-2023-cü illərdə isə müxtəlif gənclər və vətəndaş cəmiyyəti təşkilatlarında aktiv ictimai fəaliyyət göstərərək bir sıra layihə və proqramlara rəhbərlik edib.
Link kopyalandı!
Son xəbərlər