İrandan Azərbaycana daha 31 nəfər təxliyə edilib - YENİLƏNİB
873
15:55, Bu gün

İrandan Azərbaycana daha 31 nəfər təxliyə edilib - YENİLƏNİB

İrandan Azərbaycana daha 31 nəfərin təxliyəsi baş tutub.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, saat 14:00-15:00 aralığında təxliyə olunanların 14-ü Azəraycan, 6-sı Pakistan, 4-ü Çin, 4-ü İran, 2-si Kanada, 1-i Tacikistan vətəndaşıdır.
 
Onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
 
14:39
 
Bu gün saat 12:00-14:00 aralığında dördü diplomat olmaqla 17 Azərbaycan vətəndaşı, həmçinin beş Pakistan və dörd Çin vətəndaşı İrandan təxliyə olunub.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.
 
12:07
 
Böyük Britaniya və Almaniyanın hər birindən bir vətəndaşın İrandan Azərbaycana təxliyəsi baş tutub.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, onların təxliyəsi martın 9-da saat 10:00-12:00 aralığında "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.
 
Bundan başqa, İranın altı vətəndaşının əks istiqamətə keçidi təmin edilib.
Link kopyalandı!
Son xəbərlər