Qarşıdakı 2 gün ərzində həyatınız tamamilə dəyişə bilər - ŞOK XƏBƏRDARLIQ
888
08:51, Bu gün

Qarşıdakı 2 gün ərzində həyatınız tamamilə dəyişə bilər - ŞOK XƏBƏRDARLIQ

Məşhur astroloq Dinçer Güner yaxın günlər üçün mühüm xəbərdarlıq edib.

Moderator.az xəbər verir ki, onun sözlərinə görə, qarşıdakı 2 gün ərzində maliyyə və münasibətlər mövzusunda daha diqqətli olmaq lazımdır.

Astroloq bildirib ki, Venera həm Neptun, həm də Saturn ilə birlikdə hərəkət edəcək və bu göy hadisəsinin təsiri təxminən 2 gün davam edəcək.

“Bu dövrdə kiməsə bağlana bilərsiniz. Həmin insanı gözünüzdə həddindən artıq böyüdərək onu sanki “ruh əkizi” kimi görə bilərsiniz. Lakin qısa müddət sonra aranızda məsafə yarana, qarşı tərəf gözlədiyiniz qədər səmimi davranmaya və ya münasibətin qarşısına aşılması çətin görünən maneələr çıxa bilər.

Bu günlərdə həm bağlanmaq, həm də sərhəd qoymaq mümkündür. Əgər yeni biri ilə tanış olmusunuzsa, tələsməyin. Özünüzü yaxşı hiss etdirirsə belə, diqqətli olun, zamana buraxın və müşahidə edin.

Əgər köhnə bir münasibət yenidən gündəmə gəlibsə, özünüzə sual verməyin vaxtıdır: Bu münasibət həqiqətən dəyişib, yoxsa sadəcə keçmişə bağlı darıxmaq hissidir?

Bəlkə də uzun müddətdir istəmədiyiniz bir işə, münasibətə və ya vərdişə artıq “bəsdir” demək vaxtıdır.

Bu dövrdə münasibətlərdə öz dəyərinizi də sorğulaya bilərsiniz. “Məni kifayət qədər sevmirlər?” və ya “Mənə dəyər vermirlər?” kimi düşüncələr yarana bilər. Qarşınızdakı insanın niyyətini anlamaq isə çətinləşə bilər.

Eyni zamanda çox gəlirli kimi görünən, lakin əslində əsası olmayan investisiyalara, ani həvəslə alınan və sonradan istifadə olunmayacaq əşyalara qarşı diqqətli olmalısınız.

Digər tərəfdən, xəyalınızdakı layihəni real və gəlir gətirən bir işə çevirə də bilərsiniz.

Bu günlər şeir yazmaq, rəsm çəkmək və ya sadəcə öz daxili dünyanıza yönələrək yaralarınızı sağaltmaq üçün də uyğun bir zamandır”, - Dinçer Güner qeyd edib.

Link kopyalandı!
Son xəbərlər