Gülnarə Aslanbəyli VƏFAT ETDİ - FOTO
784
06 Mar 2026 | 14:05

Gülnarə Aslanbəyli VƏFAT ETDİ - FOTO

Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) icraçı direktoru Gülnarə Aslanbəyli 49 yaşında vəfat edib.
 
Bu barədə onun yaxınları məlumat verib.
 
G.Aslanbəyli uzun sürən onkoloji xəstəlikdən sonra martın 6-da səhər saatlarında dünyasını dəyişib.
 
Qeyd edək ki, G.Aslanbəyli 1977-ci ildə anadan olub. O, “The George Washington University School of Business”də magistr dərəcəsini “Təhsil İdarəçiliyi və İnsan İnkişafı” ixtisası üzrə bitirib.
 
G.Aslanbəyli 2020-ci ilin aprelindən “AmCham Azərbaycan”ın icraçı direktoru vəzifəsində çalışırdı.
 
Ailəli olan G.Aslanbəylinin iki övladı var.
 
Xatırkladaq ki, “AmCham Azərbaycan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. /Yeni Sabah/
Link kopyalandı!
Son xəbərlər