Bizi sosial şəbəkələrdən izləyin:
“Bütün azərbaycanlılar kimi İranın Naxçıvana hücumu məni də hiddətləndirir. Naxçıvana hücum etmək çox alçaq hərəkətdir. Bunun müqabilində gör biz İrana nə qədər yaxşılıqlar etmişik. Cənab prezidentin çıxışı gözlənilən idi. Ölkə başçısının bütün fikirləri ilə razıyam”.
Bunu Moderator.az-a açıqlamasında xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.
O daha sonra əlavə edib:
“İki ölkə arasında vəziyyət o vaxt düzələr ki, gərək İran tərəfi çıxıb üzr istəsin. Bundan başqa bu hücumu edən şəxslər də məsuliyyətə cəlb olunmalıdır”.
Anar Azərbaycan Yazıçılar Birliyinin Güney ədəbiyyatı komissiyasının sədri Salman Aruzu vəzifədən kənarlaşdırmasından da danışıb:
“Biz vəzifədən çıxarmışıq, heç kimi işdən uzaqlaşdırmamışıq. Salman Aruz yenə də Yazıçılar Birliyində işləyir, maaşını alır və işə də gəlmir. Çox mətləblərə keçmək istəmirəm”, - deyə o bildirib.