Bizi sosial şəbəkələrdən izləyin:
“Naxçıvana dronla hava hücumu əslində gözlənilirdi. Bilirsiniz ki, İran rejimi Ommanla çox yaxın münasibətləri olduğu halda ora da hava hücumu etdi. Onlara heç güvənmək olmaz. Yəqin ki, bir neçə il əvvəl Tehranda Azərbaycan səfirliyinə edilən o xain hücumu da unutmamısız. Dünənki hadisələr bir daha sübut etdi ki, İran rejiminə güvənmək olmaz”.
Bunu Moderator.az-a özəl açıqlamasında tanınmış güney azərbaycanlı ozan Araz Elsəs deyib.
O daha sonra əlavə edib:

“Cənab prezident İlham Əliyev iki gün öncə İran səfirliyinə getdi və xatirə dəftərinə yazaraq başsağlığını bildirdi. İlham Əliyev İrana başsağlığı verən ilk prezident oldu. Ancaq bunlara baxmayaraq bu xainlər Azərbaycana qarşı bu xəyanətkar addımı atıb Naxçıvana xaincəinə hücum etdilər. Buna ən gözəl və kəskin cavab prezidentin çıxışı oldu. Biz də yaxın zamanlarda güney azərbaycanlı olaraq onlara həddlərini bildirəcəyik. Yaxınlarda inanıram ki, çox şeylər həll olunacaq. Molla rejimi artıq son nəfəslərini verməkdədir. Ona görə də dəli kimi addımlar atırlar. Son tərpənişləri, çırpıntılarıdır. Bu rejimin nə öz ölkəsində yaşayanlara bir faydası oldu, nə də qonşu ölkələrə bir xeyri var. Bu rejim doğulduğu o qaranlığın içində batıb məhv olacaq. İnanıram orada yaşayan bizim millətlərimiz də meydanlara çıxaraq öz haqq səslərini çıxaracaqlar. Bir yanımızda şanlı cumhuriyyətimiz Türkiyəmiz var, bir yanımızda isə canımız, yarımız, ürəyimiz olan şanlı Azərbaycanımız var. Onlar da bizə mənəvi dayaqdırlar. Biz orada 30-40 milyon Azərbaycan türkü ayağa qalxıb milli haqqımıza çatacağıq. Gələcək bizimdir. Gələcək böyük və bütöv Azərbaycanındır”.
Araz Elsəs bildirib ki, orada yaşadığı müddətdə daim molla rejiminin hədələri ilə üzləşib.
“Mən özümü, özlüyümü tanıdığım gündən artıq ətrafımdakı yaşananlara qarşı münasibət bildirməyə, haqsızlıqlara qarşı etiraz etməyə başlamışam. 16-17 yaşlarımda bu işlərə görə məktəbdən qovulmuşam. Sonra təqiblərə məruz qalmışam. Daha sonra gizlin şəkildə zirzəmilərdə yazdığım mahnılarım üzə çıxdı. Bunlar çıxandan sonra İranda yaşamaq mənim üçün çətin oldu. 91-ci ilin sonundan 92-ci ilin əvvəllərindən güneydən çıxmağa məcbur qalmışam. Nə yaxşı ki, Azərbaycan dövlətimiz var. Mən azərbaycana gəldim. Nə yaxşı ki, o vaxt Azərbaycana gəlib burada neçə il yaşadım. 90-cı illər çox çətin idi. Ancaq həyatımın ən gözəl illəri 90-cı ildən Azərbaycanda yaşadığım illərdir. Amma 1997-ci ildən artıq Avropada yaşayıram.1992-ci ildən yurdumu, doğulduğum torpağı görməmişəm. Ən böyük arzum da doğulduğum yerə-Təbrizə qovuşmaqdır. Mənə elə gəlir ki, o günlərə elə də çox qalmayıb”, - deyə Araz Elsəs bildirib.