Bizi sosial şəbəkələrdən izləyin:
Martin 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Moderator.az xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilmiş tədbirlər, görülmüş işlər barədə ətraflı məlumat verib.
Gündəliyə uyğun olaraq bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, yeni Vəkil Bürosunun təsis edilməsi, müəyyən müddətə üzvlük haqqından azad olunma və yaranmış borcların silinməsi ilə bağlı müraciətlərinə baxılıb. Müraciətlər müzakirə edildikdən sonra Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul olunub.
İclasda həmçinin Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Qəbul edilmiş qərarlara əsasən, yol verilmiş intizam pozuntularına görə 1 vəkil xaric edilib, 3 vəkil barəsində cərimə tədbiri tətbiq olunub və 1 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etməsi tapşırılıb.