Tanınmış azərbaycanlı müğənni faciəli şəkildə ÖLDÜ - FOTO
1035
09:45, Bu gün

Tanınmış azərbaycanlı müğənni faciəli şəkildə ÖLDÜ - FOTO

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.
 
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
 
"Məlumata görə, Daşkəsən rayon sakini, 1979-cu il təvəllüdlü Samir Əhməd oğlu Səmədovun idarə etdiyi MAN markalı 60-AC-426 dövlət nömrə nişanlı yük maşını "Lexus" markalı 77-GE-211 dövlət nömrə nişanlı avtomobili və onun yanında dayanmış sürücü - 1983-cü il təvəllüdlü Kamil Əlövsət oğlu Sərməsovu vurub.
 
Nəticədə Kamil Sərməsov hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda vurğulanıb.
 
Qeyd edək ki, Kamil Sərməsov keçmiş ANS telekanalının məşhur layihələrindən olmuş "Toylar Kralı"nın finalçılarından idi.
Link kopyalandı!
Son xəbərlər