661
15:19, Bu gün

"Vaşinqton İranla müharibənin payızadək uzanacağını gözləyir"  - "Politico"

 
"NATO 5-ci maddə ilə bağlı qeyri-müəyyənliyi qoruyur..."
 
ABŞ hərbi rəhbərliyi İranla qarşıdurmanın ən azı bir neçə ay - ehtimal ki, sentyabradək davam edəcəyini hesablayır. 
 
Moderator.az xəbər verir ki, bu barədə "politico.com" nəşri yazıb.
 
"Politico" nəşrinin yazdığına görə, ABŞ Mərkəzi Komandanlığı Pentaqondan əlavə hərbi kəşfiyyat zabitlərinin göndərilməsini istəyib. Onların Florida ştatının Tampa şəhərində yerləşən qərargahda azı 100 gün çalışması planlaşdırılır. Nəşr qeyd edir ki, resursların tələsik səfərbər edilməsi Donald Tramp administrasiyasının əməliyyatın miqyasını tam hesablaya bilmədiyini göstərir. ABŞ-ın Yaxın Şətq üzrə sabiq diplomatı Cerald Fayyerşteyn bunu "spontan əməliyyat" adlandıraraq qərarın son anda verildiyini bildirib.
 
Pentaqon regiona daha çox HHM vasitəsi, xüsusilə ucuz və mobil dron əleyhinə sistemlər göndərməyə çalışır. ABŞ hərbçilərinə qarşı hücumun nisbətən ucuz "Shahed" dronu ilə həyata keçirilməsi xüsusi narahatlıq yaradıb. Bu aparatların aşağı hündürlükdə uçması onları aşkarlamağı çətinləşdirir, halbuki onların məhvində milyonlarla dollar dəyərində raketlərdən istifadə olunur. Eyni zamanda, ABŞ-ın cavab üçün nəzərdə tutduğu bəzi sistemlər hələ döyüş şəraitində sınaqdan keçirilməyib.
 
Müharibənin genişlənməsi və Ukraynaya təsiri
Donald Tramp daha əvvəl əməliyyatın təxminən dörd həftə davam edəcəyini demişdi. Lakin ABŞ Dövlət katibi Marko Rubio ən güclü zərbələrin hələ qarşıda olduğunu və növbəti mərhələnin "daha sərt" olacağını bildirib. Yaxın Şərqdəki eskalasiya Ukraynaya da təsir edir. Xüsusilə "Patriot" sistemləri üçün vacib olan PAC-3 raketlərinin tədarükü risk altına düşə bilər. Ukrayna prezidenti Vladimir Zelenski isə İran ətrafındakı hadisələrin Rusiya-Ukrayna müharibəsi ilə bağlı planlaşdırılan üçtərəfli görüşü təxirə saldığını açıqlayıb.
 
NATO 5-ci maddə ilə bağlı mövqeyini açıqlayıb
Bu fonda NATO-nun baş katibi Mark Rütte bildirib ki, Alyans ABŞ və İsrailin İrana qarşı əməliyyatında iştirak etmir, lakin üzv ölkələr arasında siyasi dəstək mövcuddur. Rütte NATO-nun kollektiv müdafiə mexanizmi olan 5-ci maddə ilə bağlı "qəsdən qeyri-müəyyən" mövqe saxladığını deyib. Onun sözlərinə görə, bu, potensial rəqiblərin Alyansın reaksiyasını əvvəlcədən bilməməsi üçün edilir. Baş katib vurğulayıb ki, zərurət yaranarsa, NATO "ərazisinin hər qarışını" müdafiə etməyə hazırdır.
Link kopyalandı!
Son xəbərlər