Molla rejiminin Naxçıvana dron hücumu nəticəsində neçə xəsarət alan var? - FOTO
2424
14:26, Bu gün

Molla rejiminin Naxçıvana dron hücumu nəticəsində neçə xəsarət alan var? - FOTO

İranın Naxçıvana dron hücumu ilə bağlı Naxçıvan Səhiyyə Nazirliyinə dörd nəfərdən müraciət daxil olub.
 
Moderator.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirib.
 
Molla rejiminin Naxçıvana dron hücumu nəticəsində neçə xəsarət alan var?
 
Onun sözlərinə görə, xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir:
 
"Onlardan iki nəfərə baş-beyin travması, digər iki nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Hazırda hər biri müvafiq şöbələrə yerləşdirilib və müalicələri davam etdirilir".
Link kopyalandı!
Son xəbərlər