Azərbaycanlı jurnalist Almaniyada vəfat etdi - FOTO
1247
12:27, Bu gün

Azərbaycanlı jurnalist Almaniyada vəfat etdi - FOTO

Qubadlı rayonunun Məmər kəndindən olan jurnalist Əli Səlimov dünən Almaniyada dünyasını dəyişib.
 
Moderator.az xəbər verir ki, o, bir neçə il əvvəl ailəsi ilə birlikdə Almaniyaya köçmüşdü. İlkin məlumata görə, Əli Səlimov parkda istirahət edərkən qan təyziqinin yüksəlməsi nəticəsində 59 yaşında vəfat edib.
 
Qeyd edək ki, Əli Səlimov Qubadlının "Bərgüşad" qəzetində əmək fəaliyyətinə başlayıb. 1993-cü ildən sonra o, Əli Xasayoğlu imzası ilə "Azərbaycan işıqları", "Azərbaycan" və "Zaman" qəzetlərində jurnalist fəaliyyətini davam etdirib. 2000-ci ilin əvvəllərində Almaniyaya köçüb və orada yaşamağa başlayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər