Goranboyda iki avtomobil toqquşdu: Beş nəfər xəsarət aldı - FOTO
512
10:47, Bu gün

Goranboyda iki avtomobil toqquşdu: Beş nəfər xəsarət aldı - FOTO

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy-Tərtər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, hərəkətdə olan VAZ - 21011 ilə "Nissan" markalı avtomobillər toqquşub. Qəza zamanı beş nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətlərinin kafi olduğu bildirilib.
 
Xəsarət alanlar 2003-cü il təvəllüdlü R.Şükürov, 2008-ci il təvəllüdlü İ.Furidinli, 1955-ci il təvəllüdlü M.Kərimov, 2002-ci il təvəllüdlü N.Məmmədov və 1990-cı il M.Baxışəliyevdir.
 
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
 
Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər