Tikinti materialları bazarında canlanma və bahalaşma: “Avqust ayının sonuna qədər...” - ekspertdən proqnoz+ÖZƏL
238
09:39, Bu gün

Tikinti materialları bazarında canlanma və bahalaşma: “Avqust ayının sonuna qədər...” - ekspertdən proqnoz+ÖZƏL

“Tikinti materiallarına tələbat mart ayının sonundan başlayaraq avqust ayına qədər davam edir. Bu zaman vətəndaşlar fərdi yaşayış evlərinin inşası üçün tikinti materiallarından istifadə edirlər. Tələbat artdıqca onların satış qiymətlərində də artım müşahidə olunur. Tikinti bazarına nəzər salsaq, bu materialların böyük bir qismi Rusiya və Ukraynadan gəldiyinə görə, xüsusən də Ukraynada baş verən müharibə səbəbindən artıq ordan gələn tikinti materiallarının sayında azalma və qiymətində artımlar müşahidə olunur. Başqa bir tərəfdən isə artıq 2020-ci ilin sonunda başlayaraq azad olunmuş ərazilərimizdə tikinti-bərpa işləri sürətlə davam edir ki, tikinti materiallarının böyük bir hissəsi həmin ərazilərdə istifadə olunur”.
 
Bunu Moderator.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib.
O daha sonra əlavə edib:
 
“Artıq paytaxtın müxtəlif ərazilərində, ölkənin turistik zonalarında da tikinti işləri davam edir. Mövcud qanunvericiliyə əsasən hər hansısa fərdi yaşayış yerinin inşası üçün mütləq şəkildə torpaq sahəsinin çıxarışı tələb olunur. Çıxarış da təyinat yaşayış məntəqələri torpaqları olmalıdır. Bakıətrafı ərazilərdə bu tip sahələrin az olması insanları daha çox bölgələrə, əsasən də turistik zonalara yatırım etməsinə sövq edilir. Turistik bölgələrdə vətəndaşlar fərdi yaşayış evləri inşa etməklə onları kirayə verib, paytaxdan da çox gəlir əldə edirlər. Hal-hazırda bölgələrdə tikinti materiallarına tələbat paytaxtdakından da çoxdur. Bu həmin ərazilərdəki daşınmaz əmlakların gəlirlərinin artması ilə əlaqədardır. Tikintidə istifadə olunan bir çox materiallar artıq ölkəmizdə istehsal olunur. Buna kərpic, mişar daşı, sement, çınqıl daşları aiddir. Bunlar ölkəmizdə istehsal olunduğu üçün xaricdən gələn tikinti materiallarına nisbətən qiymətləri ucuzdur. Xaricdən gələn tikinti materiallarına tələbat daha çox taxta və armaturadır. Bunlara tələbatın artması satış qiymətlərinə də təsir edir”, - deyə ekspert bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər