İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib - FOTO
213
13:10, Bu gün

İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.
 
Moderator.az xəbər verir ki, İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu dövlətimizin başçısını qarşılayıb.
 
Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazıb.
 
Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.
 
Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağanı deybi.
 
Müctəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər