İcra başçısı kadrını özü ilə Göyçaya gətirib, yeni vəzifə verdi - FOTO
256
12:22, Bu gün

İcra başçısı kadrını özü ilə Göyçaya gətirib, yeni vəzifə verdi - FOTO

Göyçay rayon "Şəhər Təsərrüfatı Birliyi" idarəsinə yeni rəis təyin olunub. 
 
Moderator.az "Unikal"a istinadla xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun əmri ilə bu vəzifəyə Bayramov Fuad Arif oğlu gətirilib. 
 
O.Mürsəlov Gədəbəydə icra başçısı olduğu müddətdə - 2023-cü ildə həmin şəxsi Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəisi təyin etmişdi. O, ötən ilin noyabr ayında Göyçaya icra başçısı təyin edilib. Bu ilin əvvəlindən isə kadrı Fuad Bayramovu da əmri ilə Göyçaya gətirib. 
 
F.Bayramovun Gədəbəydəki işini isə müvəqqəti olaraq Ruslan Mustafayev icra edir. 
 
Qeyd edək ki, o, ötən gün guya Prezidentin adından "Fəxri Diplom" alması ilə gündəmə gəlmişdi. 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər