Bizi sosial şəbəkələrdən izləyin:
Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinə "Yamaha-55" markalı, "Mİ-912" bort nömrəli balıqçı qayığının mühərrikində yaranmış problemlə əlaqədar iki nəfər heyət üzvünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Moderator.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Bildirilib ki, qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi koordinatlar üzrə dərhal həmin istiqamətə göndərilib.
Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində dənizdə köməksiz vəziyyətdə qalan Neftçala rayon sakinləri - 1977-ci il təvəllüdlü Faiq Nadir oğlu Rzayev və 1989-cu il təvəllüdlü Rauf Museyib oğlu Məhərrəmov sərhədçilər tərəfindən xilas edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıblar.