FIFA 2026-cı il dünya çempionatının rəsmi posterini təqdim edib - FOTO
349
08:33, Bu gün

FIFA 2026-cı il dünya çempionatının rəsmi posterini təqdim edib - FOTO

FIFA futbol üzrə 2026-cı il dünya çempionatının rəsmi posterini təqdim edib.
 
Moderator.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytında məlumat verilib.
 
Məlumatda bildirilir ki, dünya çempionatı tarixində ilk dəfə üç rəssam turnirin rəsmi posterini yaratmaq üçün əməkdaşlıq edib. Rəssamlar Karson Tinq (Kanada), Minerva GM (Meksika) və Henk Villis Tomas (ABŞ) futbola olan ortaq ehtirasın dünyanı necə birləşdirdiyini göstərən əsər yaratmaq üçün öz istedadlarını və bədii üslublarını birləşdiriblər.
 
Qeyd edək ki, dünya çempionatı ilk dəfə üç ölkədə - ABŞ, Kanada və Meksikada iyunun 11-dən iyulun 19-na qədər keçiriləcək.
Link kopyalandı!
Son xəbərlər