Bizi sosial şəbəkələrdən izləyin:
Xalq artisti Naibə Allahverdiyeva qızı Məryəm nişanlanıb.
Aktrisa nişandan görüntülər paylaşıb. Məclis şəhər restoranlarından birində keçirilib. Aktrisa video yayımlayaraq "Xoşbəxt ol qızım. Nişan günün mübarək, gözümün nuru" sözlərini yazıb.
Moderator.az-a özəl açıqlama verən xalq artisti toy mərasiminin aprel ayının 27-də keçiriləcəyini bildirib:
“Nişan mərasiminin fotoları mediada paylaşılandan sonra insanlardan çox təbrik mesajları aldım. Hər kəsə öz təşəkkürümü bildirirəm. Onlar mənim övladımın ünvanına gözəl sözlər yazdılar. Övlad toyu arzulayan bütün analara və atalara bu günü arzulayıram. Ananın xoşbəxtliyini övladının xoşbəxtliyindən asılıdır. Həqiqətən də çox həyəcanlıyam. Qarşıda qızımın toyu var. Düşünürəm ki, dostlarımı, məni sevən insanları yanımda görəcəm. Çünki gözümün ağı-qarası bircə qızım var, istərdim ki, bütün dostlarım yanımda olsun. İstərdim toya məni sevən insanların hamısını dəvət edim, amma bu məndən asılı deyil. Təbii ki, toyda ən yaxın adamlar olur. Könlümə yaxın dostlarımı, sənət insanlarını dəvət edəcəm. Kürəkənim haqda isə onu deyə bilərəm ki, azərbaycanlıdır, iş adamıdır”, - deyə xalq artisti bildirib.