Quba-Xınalıq yoluna qaya parçaları tökülüb - FOTO
251
12:33, Bu gün

Quba-Xınalıq yoluna qaya parçaları tökülüb - FOTO

Quba-Xınalıq yolunda sürüşmə baş verib.
 
Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, yolun 54-cü kilometrliyində, Qaragüney adlanan ərazidə baş verən sürüşmə nəticəsində dağlardan qopan qaya parçaları yolun hərəkət hissəsinə tökülüb. Bu səbəbdən Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
 
Yolun təmizlənməsi üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə qaya parçaları yolun hərəkət hissəsindən təmizlənib və Quba-Xınalıq yolu avtomobillərin hərəkəti üçün açılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər