Bizi sosial şəbəkələrdən izləyin:
“Cənab Trampın vəd etdiyi “xilas” reallıqda belə görünür”.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında yazıb.
O, Hörmüzqan əyalətinin Minab şəhərində yerləşən Şəcərət əl-Tayyibə Qızlar İbtidai Məktəbinin vurulması zamanı həyatını itirən 160-dan çox uşağın məzarlarının fotosunu yayımlayıb.
“Bunlar ABŞ və İsrailin ibtidai məktəbin bombalanması nəticəsində həlak olan 160-dan çox günahsız gənc qız üçün qazılan məzarlardır.
Onların meyitləri parça-parça olmuşdu.
Cənab Trampın vəd etdiyi “xilas” reallıqda belə görünür. Qəzzadan Minaba qədər günahsız insanlar soyuqqanlılıqla qətlə yetirilib”, - nazir qeyd edib. /qafqazinfo/