Bakıda 10 metrlik ağac bir gecədə yoxa çıxdı - FOTO
256
15:42, Bu gün

Bakıda 10 metrlik ağac bir gecədə yoxa çıxdı - FOTO

Bakının Bayıl qəsəbəsində ağac kəsilib.
 
Moderator.az xəbər verir ki, bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.
 
Vətəndaş iddia edib ki, Bayıl qəsəbəsi, Ə.Yaqubov küçəsi, 52C ünvanında iki gün əvvəl naməlum şəxs və ya şəxslər tərəfindən hündürlüyü 10 metrə qədər olan ağac kəsilərək yoxa çıxarılıb.
 
O da qeyd olunub ki, ağacın yerinin itirilməsi üçün ərazi yaxşıca təmizlənib.
 
Məsələ ilə əlaqədar aidiyyəti quruma sorğu ünvanlanıb.
 
Ərazidən görüntüləri təqdim edirik:
Link kopyalandı!
Son xəbərlər