Zaur Əliyev Naxçıvan filialına onu təyin etdi - FOTO
301
11:42, Bu gün

Zaur Əliyev Naxçıvan filialına onu təyin etdi - FOTO

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib.
 
Moderator.az xəbər verir ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyevin müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, həmin vəzifəyə Elnur İbrahimov təyin olunub.
 
Qeyd edək ki, fevralın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə E.İbrahimov Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilmişdi.
 
Link kopyalandı!
Son xəbərlər