“Ərdoğan atamın mahnısını oxudu, gözləyirsiz Tramp da oxusun sonra paylaşasız?” - FOTO+ÖZƏL
Ekskluziv
1235
09:27, Bu gün

“Ərdoğan atamın mahnısını oxudu, gözləyirsiz Tramp da oxusun sonra paylaşasız?” - FOTO+ÖZƏL

“Atamın mahnıları bu gün də dillər əzbəridir. Özünüz də tiktokda görürsüz ki, gündə paylaşırlar. Şəhidimiz Xudayar “Vətən yaxşıdır” mahnısını oxudu, gündəm oldu. Demək ki, atamın mahnıları cana yaxındır. O gözəl sənət yaradıb ki, hamının dilindədir də. “Dəşti” təsnifi Türkiyədə bütün dillərdə əzbərdir. Uşaqdan-böyüyə hər kəs bilir. Türkiyədən mənə zənglər gəlir, başsağlığı verirlər, rəhmət oxuyurlar. Atam dünyasını dəyişəndən “Dəşti” təsnifini təsdiqləmək üçün əlləşib-vuruşuram. Türkiyədə bu mahnını daha kimlər oxumayıb?! Bu yaxınlarda “Dəşti” təsnifini Əqli Mülkiyyət Agentliyindən qeydiyyatdan keçirdik. Hamı da yazır ki, sözləri Əliağa Vahidindir”.
 
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Əlibaba Məmmədovun qızı Rəqsanə Məmmədli deyib.
 
O daha sonra əlavə edib:
“Atamın mahnılarını oxuyanda heç kəs icazə almır. Ürəyi istəyən oxuyur. Oxusunlar, bir söz demirəm. Amma müəllifləri düz yazsınlar. Atamın mahnılarının müəlliflik hüququ Türkiyədə də qorunur. Atamın bütün mahnılarının müəlliflik hüququ məndədir. Ondan mənə bir tək mahnıları qalıb. Heç nədə gözüm yoxdur”.
 
Rəqsanə Məmmədli bildirib ki, “Dəşti” təsnifini Rəcəb Tayyib Ərdoğan da ifa edib:
 
“Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan atamın “Dəşti” təsnifini gənclərlə birlikdə oxuyub. Niyə bir jurnalist, televiziya bunu işıqlandırmadı?! Niyə bu mahnını ilin mahnısı elan etmədilər?! Gözləyirsiz Tramp da oxusun ondan sonra edəsiz?! Bir jurnalistin xəbəri olmadı bu tarixi hadisədən! Gözlədim, hər yerə baxdım, hər yeri izlədim. Bundan böyük hadisə ola bilərdi?! Bizim media susub oturdu”, - deyə sənətkarın qızı bildirib.
Link kopyalandı!
Son xəbərlər