Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyədə iki yük maşınının toqquşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsində Azərbaycan vətəndaşı həlak olub.
Moderator.az "Demirören" agentliyinə istinadən xəbər verir ki, hadisə fevralın 26-da Sivas-Tokat yolunun Çamlıbel aşırımında baş verib.
Məlumata görə, maşınlardan birinin sürücüsü, 41 yaşlı Azərbaycan vətəndaşı Elməddin Qurbanov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Qeyd olunub ki, digər maşındakı iki nəfər xəsarət alaraq, xəstəxanaya aparılıblar. Onların həyati təhlükəsinin olmadığı bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.