UEFA Avropa Liqası: 16 komanda rəqiblərini tanıyacaq - FOTO
89
11:36, Bu gün

UEFA Avropa Liqası: 16 komanda rəqiblərini tanıyacaq - FOTO

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü bu gün atılacaq.
 
Moderator.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.
 
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
 
Bu raundda Liqa mərhələsini ilk "8-lik"də başa vuran komandalar və pley-offun qalibləri iştirak edəcəklər.
 
Liqa mərhələsinin ilk "8-liy"i: "Lion" (Fransa), "Aston Villa" (İngiltərə), "Midtyullann" (Danimarka), "Betis" (İspaniya), "Portu", "Braqa" (hər ikisi Portuqaliya), "Frayburq" (Almaniya), "Roma" (İtaliya).
 
Pley-off mərhələsinin qalibləri: "Genk" (Belçika), "Bolonya" (İtaliya), "Ştutqart" (Almaniya), "Ferentsvaroş" (Macarıstan), "Nottinqem Forest" (Almaniya), "Selta" (İspaniya), "Lill" (Fransa), "Panatinaikos" (Yunanıstan).
 
Qeyd edək ki, bu raundun matçları martın 12-si və 19-da keçiriləcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər