Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransı keçirilir.
Moderator.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin və WUF13-ün Milli Koordinatorunun müavini Gülşən Rzayeva bildirib ki, WUF 13 Azərbaycan üçün strateji əhəmiyyətə malikdir: “Urbanizasiya artır. Bu isə rifah üçün xüsusi imkanlar yaradır. Şəhərlərlə bağlı müzakirələr bu baxımdan mühümdür.
Forumda iqlim dəyişikliyi fonunda həll olunmalı həllər və s. məqamlar müzakirə ediləcək. BMT-nin təhlillərinə görə, dünyada 3 milyard insan mənzil təminatından əziyyət çəkir. Sözügedən forum belə qlobal məsələlərin müzakirəsinə həsr olunacaq”.
G.Rzayeva vurğulayıb ki, Azərbaycan şəhərsalma kampaniyasına müraciətlər artmaqda davam edir: “Bu da forum haqqında məlumatlılğı artırır. Bu müddətdə qurumlarla sıx əməkdaşlıq etdik. Milli iştirakçılığın artırılması üçün lazımi tədbirləri görməy davam edirik. Azərbaycanın növbəti dəfə qlobal tədbirin ev sahibi kimi imicini yüksəldəcəyinə inanıram”.