Bizi sosial şəbəkələrdən izləyin:
İdmançı Sevdenur Gülçiçək vəfat edib.
Türkiyə Reqbi Federasiyası milli idmançı Sevdenur Gülçiçəyin vəfat etdiyini açıqlayıb.
Federasiyanın sosial media hesabında edilən paylaşımda deyilir: “Milli idmançımız Sevdenur Gülçiçəyin bir müddətdir mübarizə apardığı xərçəng xəstəliyinə məğlub olaraq həyatını itirdiyini dərin kədər hissi ilə öyrənmişik. Ölkəmizi təmsil edən dəyərli idmançımızın əzmi, mübarizəsi və xarakteri hər zaman xatırlanacaq. Sevdenura Allahdan rəhmət, kədərli ailəsinə, yaxınlarına və bütün idman ictimaiyyətinə səbir və başsağlığı diləyirik”.
Bildirilib ki, softbol idmançısı Sevdenur Gülçiçəyin cənazəsi bu gün günorta namazından sonra qılınacaq cənazə namazının ardınca Samsunun Çarşamba rayonuna bağlı Acıklı kəndində dəfn olunacaq. /Ajans.az/