“Meyitləri daşıyırdıq, şəxsi əşyalarını da cənazələrin üzərinə qoyurduq ki, ailələri tanısın” - FOTO+ÖZƏL
95
10:45, Bu gün

“Meyitləri daşıyırdıq, şəxsi əşyalarını da cənazələrin üzərinə qoyurduq ki, ailələri tanısın” - FOTO+ÖZƏL

“Uşağlığım Ağdamda, Şuşada keçib. Bu torpaqların ağır günlərini görməyi də Allah bizə qismət edib. Birinci Qarabağ müharibəsinin döyüşçüsüyəm. Öz sənətimizlə bağlı müharibə illərində cəbhə bölgələrində, səngərlərdə sənət dostlarımızla birlikdə çıxış edib, əsgərlərimizə böyük ruh yüksəkliyi bəxş edirdik. Daşaltı əməliyyatından bir gün sonra Şuşada mülki vertalyot vuruldu. 45-47 nəfər adam içərisində həlak oldu. Biz o cənazələri Yadigarla, dostum Akimlə daşıyırdıq. İnsan əzalarını ədyalların içinə yığırdıq. Bəzi meyitlərin üzərindən şəxsi əşyaları çıxırdı. Onları da meyitlərin üstünə qoyurduq ki, ailələri cənazələri tanısın. Çox ağır illər yaşamışıq”.
 
Bunu Moderator.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram teatrının aktyoru, əməkdar artist Teymur Məmmədov deyib.
O daha sonra sənət dostu Yadigar Muradovu xatırlayıb:
 
“Qarabağda yaşadığımız dövrdən Yadigar Muradovla dostluğumuz başlayıb. Biz o illərdə ən ağır günləri bir yerdə olmuşuq. Tanıdığımız, yoldaşlıq etdiyimiz insanların gözümüzün qabağında necə şəhid olduqlarını görmüşük. Bu ağır günləri biz yaşamışıq. Taleyimizə yazılıb. Qismət elə gətirdi ki, Bakıya gələndən sonra Yadigar Şuşa teatrını burada yaratdı. Onunla Bakıda da çiyin-çiyinə işləyirdik. Əfsuslar olsun ki, onu tez itirdik. Yadigarı bu gün də gözüm axtarır. Teatra gedirəm elə bilirəm qapı açılacaq və Yadigar gələcək. Səhnədə olanda elə bilirəm zaldan gələcək. Dost itirmək çox ağırdır. Mənim üçün isə olduqca çətindir”, - deyə əməkdar artist bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər