165
15:48, Bu gün

"Pentaqon Trampı xəbərdar etdi: İrana zərbə ABŞ üçün riskli ola bilər" - "The Washington Post"

 
"Yaxın Şərqdə gərginlik kritik həddə yaxınlaşır..."
 
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general-leytenant Den Keyn prezident Donald Trampa İran əleyhinə genişmiqyaslı hərbi əməliyyatın ciddi risklər daşıdığını bildirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "wp.com" nəşri yazıb.
 
Prezidentə bir neçə ssenari təqdim edilib
Generalın əsas arqumenti ondan ibarətdir ki, ABŞ-ın sursat ehtiyatları məhduddur və uzunmüddətli kampaniya resurs çatışmazlığı yarada bilər. Son əməliyyatlar zamanı THAAD və "Patriot" zenit-raket sistemləri intensiv istifadə olunub, lakin bu silahların istehsal tempi aşağıdır və hər raketin hazırlanması iki ilə qədər çəkə bilər. 
 
Penraqon prezidentə nüvə və raket obyektlərinə məhdud zərbələrdən tutmuş geniş hava kampaniyasına qədər bir neçə ssenari təqdim edib. Lakin İranın böyük ərazisində yüzlərlə hədəfə eyni vaxtda zərbə endirilməsi həm hərbi, həm də logistika baxımından son dərəcə mürəkkəb sayılır. Üstəlik, İranın cavab zərbələri ABŞ müttəfiqləri üçün ağır nəticələr doğura bilər.
 
"İstənilən ssenariyə hazırıq"
 
İsraildə mümkün ABŞ zərbəsi real ehtimal kimi qiymətləndirilir. Baş nazir Binyamin Netanyahu təhlükəsizlik müşavirəsi keçirərək ölkənin bütün variantlara hazır olduğunu bildirib. Onun sözlərinə görə, qarşıdakı günlərin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir, lakin İsrail hazırlıq vəziyyətindədir.
 
Müxalifət lideri Yair Lapid də mümkün əməliyyat halında daxili siyasi çəkişmələrin kənara qoyulacağını bəyan edib. Regionda ABŞ hərbi mövcudluğu artıq gücləndirilib. "USS Abraham Lincoln" və "USS Gerald R. Ford" aviadaşıyıcıları Şərqi Aralıq dənizi və Yaxın Şərq istiqamətində yerləşdirilib.
 
Çin amili balansı dəyişə bilər
Gərginliyi artıran digər mühüm amil isə Çin ilə Iran arasında mümkün silah sazişidir. "Reuters"in məlumatına görə, Tehran CM-302 tipli səsdən sürətli gəmiəleyhinə raketlər əldə etməyə yaxındır. Təxminən 290 km mənzilli bu raketlər ABŞ hərbi gəmiləri üçün ciddi təhlükə yarada bilər.
 
Belə bir razılaşma regiondakı qüvvələr balansını dəyişə və ABŞ-ın mümkün hərbi planlarını daha riskli edə bilər.
 
Prezident Tramp isə general Keyni "böyük döyüşçü" adlandıraraq qələbənin mümkünlüyünü vurğulayıb. Lakin hərbi dairələrdə ehtiyatlı mövqe üstünlük təşkil edir.
 
Beləliklə, Vaşinqton qarşısında seçim aydındır: məhdud zərbə ilə siyasi mesaj vermək, yoxsa regionu uzunmüddətli və qeyri-müəyyən münaqişəyə sürükləmək. Çin amilinin əlavə olunması isə bu qərarı daha da mürəkkəbləşdirir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər