Universitetin rektoru Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvləri ilə tanışlıq görüşü keçirdib
185
12:36, Bu gün

Universitetin rektoru Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvləri ilə tanışlıq görüşü keçirdib

Bakı Avrasiya Universitetində (BAAU) Tələbə Gənclər Təşkilatının (TGT) yeni İdarə Heyətinin üzvləri ilə tanışlıq görüşü təşkil olunub. 
 
Tədbiri giriş sözü ilə BAAU-nun rektoru, dosent Səyavuş Qasımov açaraq TGT-nin universitet həyatındakı rolundan, qarşıda duran məqsəd, vəzifələr və gözləntilərdən bəhs edib. O, tələbə təşkilatlarının gənclərin formalaşmasında, liderlik bacarıqlarının inkişafında və sağlam akademik mühitin yaradılmasında mühüm yer tutduğunu vurğulayıb. Rektor çıxışında TGT-nin yeni rəhbər üzvlərinin yüksək akademik göstəricilərini xüsusi qeyd edərək onların həm təhsil, həm də ictimai fəaliyyət sahəsində nümunəvi mövqe sərgiləməli olduqlarını xatırladıb. Eyni zamanda tələbələrə daim öz üzərlərində çalışmağı, universitetin ictimai həyatında aktiv iştirak etməyi və təşəbbüskar olmağı tövsiyə edib.
 
Daha sonra söz BAAU TGT-nin İdarə Heyətinin sədri Aysu Qədirovaya verilib. Sədr çıxışında təşkilatın əsas məqsədi, vəzifələri, fəaliyyət istiqamətləri, tələbələrin sosial-mədəni inkişafına verəcəkləri töhfələr və planlaşdırılan layihələr haqqında ətraflı məlumat verib. O, BAAU TGT-nin tələbələrin hüquq və maraqlarının qorunması, onların universitet mühitinə inteqrasiyası və müxtəlif maarifləndirici tədbirlərin təşkili istiqamətində aktiv iştirak edəcəklərini diqqətə çatdırıb.
 
Görüş çərçivəsində BAAU TGT-nin digər üzvləri də çıxış edərək təşkilatın fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb, gələcək hədəflər və planlar barədə ümumi məlumat veriblər. Çıxışlar zamanı tələbələrin birgə əməkdaşlıq mühitində daha böyük nailiyyətlər əldə edə biləcəklərini vurğulanıblar.
 
Tədbir səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib və sonda xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər