“Ovçu Pirim” yenidən ekranlara qayıtdı: “20 il gözlədim və özüm müraciət etdim ki...”- FOTO
150
09:13, Bu gün

“Ovçu Pirim” yenidən ekranlara qayıtdı: “20 il gözlədim və özüm müraciət etdim ki...”- FOTO

“Ovçu Pirim” üçün darıxanlara demək istəyirəm ki, mən artıq qayıtmışam. “Ovçu Pirimin sərgüzəştləri” adlı veriliş Mədəniyyət tv-də efirə gedir. Artıq iki buraxılışı gedib. Həftənin şənbə günləri efirdə olur, bazar günü də təkrarını verirlər. Başda Rövşən Məmmədov olmaqla Aztv kollektivinin hər birinə təşəkkür edirəm. Onu da qeyd edim ki, Ovçu Pirim qayıtmaq üçün 20 il gözlədi. Hər kəs çox sevinir. Uşaqlı-böyüklü hər kəs rəy yazır. Çünki “Ovçu Pirim” milli mentaliteti özündə daşıyan bir obrazdır. Sözün düzü, özüm təklif etmişdim. Bir müddət keçəndən sonra Aztv-dən sevindirici xəbər eşitdik”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Allahverdi Yolçuyev deyib.
O daha sonra əlavə edib:
 
“İndiki uşaqlar daha çevikdir. Onlarla birlikdə muzeylərə, gəzintilərə gedirik. Məktəblərdən o qədər ekskursiyaya gələnlər olur ki.. Əcnəbilər də yaxınlaşıb bizimlə şəkil çəkdirdilər. Uşaqlara maraqlıdır. Sual verirlər, cavab tapırlar. Yaradıcı, istedadlı uşaqlar efirə dəvət alacaqlar. Vətənpərvərlik, ana dilimizə sevgi, tariximizi sevmək və s. milli mövzuları uşaqlara aşılayacağıq. Mövzular çoxdur. İndiki uşaqlara internet, kompyuter maraqlı olsa da, bu mövzuları da onlara sevdirmək lazımdır”, - deyə aktyor bildirib.
Link kopyalandı!
Son xəbərlər