2026-cı il Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib - FOTO
165
08:20, Bu gün

2026-cı il Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib - FOTO

İtaliyada 2026-cı il Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
 
Moderatorz xəbər verir ki, mərasim "Arena di Verona" stadionunda təşkil olunub.
 
Tədbirdən əvvəl tamaşaçılara tarixi üslubda italyan operasını təqdim olunub. Sonra idmançılar kolizeyə daxil olublar.
 
Bağlanış mərasimi təxminən iki saat davam edib.
 
Mərasimin sonunda Qış Olimpiya Oyunları bağlı elan edilib.
 
Qeyd edəki, 2026-cı ilin Qış Olimpiya Oyunları Milan Kortina d'Ampetso şəhərlərində keçirilib və fevralın 6-dan 22-dək davam edib.
 
Medal sıralamasında Norveç (18 qızıl, 12 gümüş, 11 bürünc) birinci, ABŞ (12 qızıl, 12 gümüş, 9 bürünc) ikinci, Niderland (10 qızıl, 7 gümüş, 3 bürünc) üçüncü yeri tutub.
 
Azərbaycan oyunlarda iki idmançı ilə təmsil olunub. Slalomda Anastasiya Papatoma ilk yarışını 59-cu yerdə başa vurub və yekun sıralamada 95 iştirakçı arasında 51-ci yeri tutub. Fiqurlu konkisürmədə Vladimir Litvintsev qısa proqramda 63.63 xal toplayaraq iştirakçılar arasında sonuncu, 29-cu yeri tutub.
 
Növbəti, 26-cı Qış Olimpiya Oyunları 2030-cu ilin fevralında Fransada keçiriləcək.
Link kopyalandı!
Son xəbərlər