Amsterdamın mərkəzi meydanında
255
21:18, Bu gün

Amsterdamın mərkəzi meydanında "Xocalıya ədalət" aksiyası keçirilib

Niderlandın paytaxtı Amsterdamın mərkəzində yerləşən Dam meydanında 1992-ci il Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş aksiya keçirilib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanıntəşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində baş tutub.

Tədbirin əsas məqsədi dünya ictimaiyyətinin diqqətini 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən mülki əhaliyə qarşı törədilmiş dəhşətli və əsassız qırğına cəlb etmək olub. Həmin faciəli gecə 106 qadın və 63 uşaq daxil olmaqla 613 nəfər qətlə yetirilib.

Aksiya iştirakçıları bildiriblər ki, hər hansı ədalətsizlik təzahürü, xüsusilə dinc əhaliyə qarşı yönəlmiş cinayət cəzalandırılmalıdır. Cəmiyyət faciələri unutmamalıdır ki, belə qətliamlar təkrarlanmasın.

Niderlandda yaşayan Cavidan Məmmədov aksiyaya maraq göstərən şəhər sakinlərinə Xocalı soyqırımı haqqında məlumat verib. Aksiyanın iştirakçıları Azərbaycan bayrağını ucaldıb, həmçinin günahsız həlak olmuş və zərər çəkmiş insanlar üçün ədalət tələb edən plakatlar qaldırıblar. Onlar "Xocalıya ədalət", "Soyqırıma yox", "Bəşəriyyət soyqırıma qarşıdır", "Sülh naminə" şüarları səsləndiriblər.

Gənc musiqiçilər - skripkaçı Emin Sadıqlı və tarzən Cavid Səlimov Xocalı faciəsi qurbanlarının xatirəsinə musiqi əsərləri ifa ediblər.

Aksiyanın keçirilməsini Diasporla İş üzrə Dövlət Komitəsi, Benilüks ölkələri Azərbaycanlılarının Koordinasiya Şurasının Niderland üzrə nümayəndəliyi və Avropadakı azərbaycanlı qadınların "Ana Vətən" Birliyi dəstəkləyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər