Onlayn alış-veriş təhlükədədirmi? – 36 min hüquqpozma iddiası
391
16:47, Bu gün

Onlayn alış-veriş təhlükədədirmi? – 36 min hüquqpozma iddiası

Azərbaycanda elektron ticarətin genişlənməsi ilə gömrük sahəsində hüquqpozmaların sayı artır.

Ötən gün bu barədə Dövlət Gömrük Komitəsinin sədr müavini Güloğlan Muradlı deyib. Onun sözlərinə görə,ötən il 36,4 mindən çox gömrük hüquqpozması qeydə alınıb. 

"Gömrük orqanları ilə əlaqədar yaranan, məhkəmələrdə qeydiyyata alınmış işlərin sayında artım onu göstərir ki, müəyyən şəxslər çalışırlar ki, dövlətin ödənişlərindən yayınsınlar və yaxud digər hüquqpozmaları həyata keçirsinlər",  deyə Güloğlan Muradlı qeyd edib.

Bəs bununla Azərbaycanda onlayn alış-veriş məhdudlaşdırılacaqmı?

İqtisadçı Natiq Cəfərli Musavat.com-a bu məsələ ilə bağlı izahat verib:

"Burada  hüquqpozma nədir? Kimin hüquqları pozulur? 21-ci əsrdə yaşayırıq, online sifarişlər, elektron ticarət dövrüdür, indi kimin mənafeyi qorunur - əhalinin, ya şəhərin mərkəzindəki ənənəvi ticarətlə məşğul olan, əsasən də məmurlara məxsus mağazaların, ticarət mərkəzlərinin? Ənənəvi ticarət online ticarətə dünyanın hər yerində uduzur – bu normaldır, belə də olmalıdır. Əhali razı, sifarişlər şəffaf, burada hüquqpozma halları necə olur? Camaat təzə öyrənib, cibinə qənaət edib əyninə ucuz paltar alır, niyə bunu da çox görmək istəyirlər? Müdaxilə və tənzimləməyə əsas yaradırlar, istəyirlər ki, online sifarişlərin də qiyməti qalxsın ki, ənənəvi dükanlar ayaqda qalsın. 

Ənənəvi ticarət özü yeni qaydalara keçməli, rəqabətli mühitdə fəaliyyət göstərməyi öyrənməlidir.  Bu sahədə qiyməti qaldıran nə istehsalçıdır, nə də mal çatdıran –  qiymət Azərbaycanda tədbiq edilən tariflərə, sərtləşdirilən tənzimləmə qaydalarına görə bahalaşır".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər