Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyanın Amur vilayətinin Romnenski bələdiyyə dairəsində yoxa çıxan şəxsi “Robinson” helikopterinin axtarışları başa çatıb. Xilasedicilər qəza yerində üç şəxsin cəsədlərini aşkar ediblər.
Moderator.az bildirir ki, bu barədə Amur vilayəti hökuməti öz “Telegram” kanalında məlumat verib.
Məlumata görə, helikopter ağac emalı sahəsinin yaxınlığındakı ucqar ərazidə tapılıb. Ekipajla əlaqə bir gün əvvəl kəsilib.
İstintaq Komitəsi daha əvvəl faciə ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürüb. Onların versiyasına görə, səbəb texniki nasazlıq ola bilər.
Helikopterin göyərtəsində cəmi üç nəfər olub: pilot, İstintaq Komitəsinin əməkdaşı və polis nümayəndəsi. Ekipaj Romnenski dairəsinin ucqar meşəlik massivində aparılan əməliyyat-axtarış tədbirlərindən qayıdırmış.