314
15:05, Bu gün

"Avropa Ukrayna üçün məsuliyyəti üzərinə götürdü: danışıqlar hələ nəticəsiz qalıb" - "Axios"

 
"ABŞ birbaşa yardımı dayandırıb, Avropa dəstəyi artıb, amma sülh hələ uzaqdadır..."
 
Dörd il əvvəl Rusiya Ukraynaya hücum etdikdən sonra Avropa ölkələri faktiki olaraq ABŞ-ın yerini tutaraq Ukraynanın əsas dəstək mənbəyi rolunu oynamağa başlayıblar.
 
Moderator.az xəbər verir ki, bu barədə "axios.com" nəşri yazıb.
 
Nəşr xəbər verir ki, 2025-ci ildə Avropa ölkələri hərbi yardımı 67 faiz, maliyyə və humanitar dəstəyi isə 59 faiz artırıblar. Eyni zamanda, ABŞ birbaşa yardımı dayandırıb və NATO üzv ölkələrini Ukraynanı silahlandırmaq üçün amerikalı silahlarını almağa məcbur edib.
 
Polşa XİN naziri Radoslav Sikorski bildirib: "Biz real pullar xərcləyirik, ABŞ isə bu müharibədən qazanır. Bu bizə razılaşmalarda söz haqqı verir". Almaniya kansleri Friedrix Mers də Avropanın və Almaniyanın Ukrayna üçün ən vacib hərbi sponsor olduğunu vurğulayıb. 2025-ci ilin yekunlarına görə, Avropanın dəstəyi ABŞ-ın yardımını üstələyib.
 
Lakin jurnalistlər bildirir ki, ABŞ kəşfiyyatı, sanksiyaların icrası və silah tədarükü hələ də Ukraynanın müdafiəsində əvəzsiz rol oynayır. Eyni zamanda, Ağ Ev Avropanı rəsmi danışıqlar tərəfi kimi qəbul etməyə maraq göstərmir və Avropanın liderlərini "sülh prosesinə əngəl" kimi qiymətləndirir.
 
Danışıqlarda real irəliləyiş yoxdur
"The Wall Street Journal" yazır ki, həm Moskva, həm Kiyev danışıqlarda ABŞ-ı narazı salmamaq üçün diqqətli davranır. Cenevrədə son raundlar və əvvəlki görüşlər də nəticəsiz qalıb. Ukrayna və Rusiya yüksək səviyyəli danışıqlarda əsas məqsədin ABŞ prezidentini narazı salmamaq olduğunu göstəriblər.
 
Ekspertlər bildirir ki, Putin və Zelenski üçün Tрампın səbrini itirməməsi kritikdir. ABŞ Ukraynaya kəşfiyyat dəstəyi verir və silahları Avropa vasitəsilə təmin edir, eyni zamanda sərt sanksiyalar Rusiyanın zəif iqtisadiyyatına təzyiq göstərir. Almaniya kansleri Mers hesab edir ki, müharibə yalnız bir tərəfin hərbi və ya iqtisadi resursları tükədikdə sona çatacaq.
 
Ərazi məsələsi hələ həll olunmayıb
İtaliya baş naziri Corca Meloni bildirib ki, danışıqlarda irəliləyiş olsa da, əsas problem - ərazi məsələsi hələ həllini tapmayıb. O qeyd edib ki, hazırda Kiyev üçün təhlükəsizlik zəmanətləri hazırlanır və Avropa təklifi əsasında NATO-nun 5-ci maddəsi model kimi götürülür. Meloni vurğulayıb: "Əsas məsələ yalnız sülh deyil, ədalətli sülhün təmin olunmasıdır".
 
Ukrayna prezidenti Vladimir Zelenski də bildirib ki, hərbi istiqamətdə müəyyən irəliləyiş var, amma siyasi hissədə tərəflərin ərazi ilə bağlı baxışları fərqlidir. Bu səbəbdən müharibənin tezliklə bitməsi gözlənilmir və yüksək səviyyəli avropalı rəsmilər proqnozlaşdırır ki, müharibə hələ 1-3 il davam edə bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər