Qaya Məmmədov ATƏT PA sessiyasında Azərbaycana qarşı hibrid hücumlar barədə məlumat verib
316
14:41, Bu gün

Qaya Məmmədov ATƏT PA sessiyasında Azərbaycana qarşı hibrid hücumlar barədə məlumat verib

ATƏT Parlament Assambleyasının hazırda Vyanada davam edən qış sessiyasında hibrid vasitələrlə dövlətlərin suverenliyinə qarşı hücumlar və daxili işlərinə müdaxilə məsələsi üzrə xüsusi debat keçirilib.  
 
Avropa İttifaqının komissarı Maykl MakQrat, ATƏT PA İnsan hüquqları, Demokratiya və Humanitar məsələlər Komitəsinin məruzəçisi, Karina Ödebrink, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru xanım Maria Telalian, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi səfir Jan Braathu, ATƏT Daimi Şurasının İnsan Ölçüsü Komitəsinin sədri və Eqlantina Qyermeni məruzələr təqdim ediblər. Məruzəçilər Rusiya Federasiyasının kiber vasitələrə əsaslanan hibrid hücumlar təşkil etdiyini bildiriblər. Avropa İttifaqının Komissarı MakQrat siyasətçilərə və onların ailə üzvlərinə qarşı xaricdən hibrid hücumlar təşkil etməklə onların iradəsinə təsir göstərmək praktikaları barədə məlumat vermiş və bu cür hallara qarşı mübarizə aparılmasının vacibliyini vurğulamışdır.
Daha sonra Assambleyanın üzvləri çıxış etmişlər. Müzakirə zamanı dövlətlərin seçkilərinə və daxili siyasi proseslərinə xaricdən müdaxilə, süni intellektdən istifadə etməklə yalan məlumatların və “deepfake” qrafik təsvirlərin yayılması ətrafında fikir mübadiləsi aparılmışdır.
 
Azərbaycan Respublikası Milli Məclisi nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov Azərbaycana qarşı hibrid hücumlar barədə məlumat vermişdir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər