398
14:16, Bu gün

"Biz torpaq verməyəcəyik: Ukrayna bir neçə il də müharibə apara bilər" - Milli Qvardiyanın komandanı

 
"Vaxt deyil, şərtlər həlledicidir və ərazi güzəşti Kiyev üçün qəbuledilməz olaraq qalır..."
 
Ukrayna Milli Qvardiyasının komandanı, briqada generalı Aleksandr Pivnenko bildirib ki, Ukrayna Rusiya ilə müharibəni daha bir neçə il davam etdirmək gücündədir. 
 
Moderator.az xəbər verir ki, bu barədə o, "BBC Ukrayna" nəşrinə müsahibəsində bəyan edib.
 
O, ABŞ prezidenti Donald Trampın atəşkəsdən imtina olunacağı təqdirdə Ukraynanın uduza biləcəyi barədə fikirlərinə münasibət bildirib. "Biz daha bir neçə il müharibə apara bilərik, buna tam əminəm. Amma ümumilikdə müharibələr bitməlidir. İnsanları ərazi və resurslara görə öldürmək qəbuledilməzdir", - deyə o, vurğulayıb.
General qeyd edib ki, cəmiyyət müharibədən yorulub. Lakin əsas məsələ müharibənin nə vaxt bitəcəyi deyil, hansı şərtlərlə bitəcəyidir. Onun sözlərinə görə, cəbhə xətti üzrə atəşkəs müəyyən qədər başadüşüləndir, amma ərazi güzəşti mümkün deyil: "Atəşkəsi başa düşmək olar. Amma torpaq verməyi - yox".
 
Qələbə üçün nə lazımdır?
 
Pivnenko bildirib ki, taktiki səviyyədə Ukraynanın kifayət qədər silahı var - PUA-lar və FPV-dronlar effektiv istifadə olunur. Lakin operativ dərinlikdə zərbə imkanları məhduddur. Onun sözlərinə görə, komanda məntəqələrini və arxa cəbhə hədəflərini vurmaq üçün daha çox uzaqmənzilli raketlərə ehtiyac var. Mövcud uzaqmənzilli dronlar tapşırıqları yerinə yetirsə də, bu kifayət etmir. O, həmçinin rotasiyaların tam həyata keçirilməsi üçün canlı qüvvə çatışmazlığının olduğunu deyib.
 
Torpaq məsələsi danışıqların əsas düyünüdür
General bildirib ki, Ali baş komandan qərar versə, ordu onu icra edəcək. Lakin belə bir qərarın cəmiyyətdə necə qarşılanacağı sual altındadır: "Əgər torpaq verəcəydiksə, bunu əvvəldən də edə bilərdik". İtaliya baş naziri Corca Meloni də ərazi məsələsinin danışıqlarda əsas problem olaraq qaldığını bildirib və Kremlin tələblərini "əsassız" adlandırıb. "
 
"The Wall Street Journal" nəşri yazır ki, tərəflər danışıqlarda daha çox sülh prosesini pozan tərəf olmadıqlarını göstərməyə çalışır. Cenevrədə keçirilən son raund da ciddi nəticə verməyib. Beləliklə, Kiyevin mövqeyi dəyişmir: atəşkəs mümkündür, lakin ərazi güzəşti yox. Müharibənin davam müddəti isə həm hərbi resurslardan, həm də beynəlxalq dəstəyin səviyyəsindən asılı olacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər