Polşada çıxış etmiş futbolçu
249
14:07, Bu gün

Polşada çıxış etmiş futbolçu "İmişli"yə transfer olundu - FOTO

"İmişli" klubu heyətinə yeni futbolçu cəlb edib.
 
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, 25 yaşlı yarımmüdafiəçi Orxan Fərəcovla müqavilə imzalanıb.
 
O.Fərəcov karyerası ərzində "Şamaxı-2", "Keşlə", "Səbail" klublarının uğurları üçün çalışıb. Legioner həyatı da yaşayan yarımmüdafiəçi Polşanın "KS CK Troszyn" və "Narew Ostrołęka" kollektivlərində çıxış edib.
 
Qeyd edək ki, futbolçunun son klubları "Baku Sportinq" və "Şahdağ" olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər