“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir - FOTO
172
10:32, Bu gün

“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir - FOTO

Sərfəli mobil operator Nar-ın dəstəyi ilə həyata keçirilən “Hüquqlarınla parla!” layihəsinin yekun tədbirləri baş tutub. Layihə uşaq hüquqlarının təşviqi, məktəblilərin hüquqi biliklərinin artırılması və onların analitik düşünmə bacarıqlarının inkişaf etdirilməsi məqsədini daşıyır. Təşəbbüs çərçivəsində təşkil edilən fəaliyyətlərdə Bakı və regionlardan olan məktəblilər, o cümlədən həssas kateqoriyadan olan uşaqlar aktiv iştirak ediblər.

Tədbirin ilk günü “Regional İnkişaf” İctimai Birliyinin ofisində ekspertlərin iştirakı ilə keys müzakirələri keçirilib, iştirakçılar real və simulyativ situasiyalar üzrə həll strategiyalarını təqdim ediblər. Təqdimatlardan sonra səsvermə olub və analitik yanaşma, təklif olunan həll strategiyalarının əsaslandırılması, təqdimat bacarıqları və komanda işi meyarları əsasında ekspertlər tərəfindən ən yaxşı 3 komanda müəyyən edilib. Yekun mərasim isə T. İsmayılov adına 6 saylı məktəb-liseyində baş tutub.Tədbirin davamında təlimlərdə yüksək nəticə göstərən məktəblilər, eləcə də həssas kateqoriyadan olan uşaqlar üçün keçirilən keys müsabiqəsində ekspertlərin səsverməsi ilə seçilən qalib komandalar hədiyyə və diplomlarla, iştirak edən məktəblilər isə sertifikatlarla təltif olunub.
Layihə çərçivəsində indiyədək 2000-dən çox məktəbli, o cümlədən həssas kateqoriyadan olan uşaqlar hüquqi maarifləndirmə tədbirlərinə cəlb olunub. Layihənin nəticəsi olaraq, uşaqlar üçün hüquqi maarifləndirməni daha əlçatan etmək məqsədilə xüsusi mobil tətbiqin hazırlanmasına başlanılıb.

Layihə Azərbaycan Respublikasının Milli Məclisi, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşlığı ilə icra olunub.

Qeyd edək ki, “Nar” artıq 4 ildir ki, “Regional İnkişaf” İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində layihəyə davamlı dəstək göstərir. Mobil operator korporativ sosial məsuliyyət strategiyası çərçivəsində uşaq hüquqlarının qorunması, rəqəmsal savadlılığın artırılması və internet təhlükəsizliyinin təşviqini prioritet istiqamətlərdən biri hesab edir. Şirkət kiberbullinqə qarşı mübarizə, şəxsi məlumatların qorunması və uşaqların təhlükəsiz rəqəmsal mühitdə inkişafına yönəlmiş təşəbbüslərə sistemli və uzunmüddətli yanaşma sərgiləyir. “Hüquqlarınla parla!” layihəsi də bu strategiyanın tərkib hissəsi olaraq ictimai-özəl tərəfdaşlığın effektiv modelini nümayiş etdirir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Link kopyalandı!
Son xəbərlər