Peşə təhsilində yeni mərhələ: ixtisas təsnifatı yenilənir - FOTO
164
11:23, Bu gün

Peşə təhsilində yeni mərhələ: ixtisas təsnifatı yenilənir - FOTO

Elm və Təhsil Nazirliyində “Peşə təhsili üzrə ixtisasların təsnifatı”nın yenilənməsi məqsədilə yaradılmış İşçi qrupun ilk iclası keçirilib.
 
Bu barədə Moderator.az-a nazirlikdən məlumat verilib.
 
Açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə son illərdə peşə təhsili sahəsinə ali səviyyədə göstərilən diqqət, aparılan sistemli islahatlar və nəticədə peşə təhsilinin əhatəliliyinin genişlənməsi ilə bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb. Yerli və qlobal əmək bazarında baş verən dinamik dəyişikliklərin və peşə ixtisaslı kadr hazırlığının da bu dəyişikliklərə uyğun olaraq təkmilləşdirilməsi zərurətindən danışan nazir müavini mövcud “Peşə təhsili üzrə ixtisasların təsnifatı” sənədinin də yenilənməsinin vacib olduğunu qeyd edib.
 
Daha sonra təqdimatla çıxış edən nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva hazırda peşə təhsili müəssisələrinə tələbə qəbulu üçün baza sənəd olan “Peşə təhsili üzrə ixtisasların təsnifatı”nın strukturu, təsnifatın yenilənməsini zəruri edən faktorlar və yeni təsnifat layihəsi ilə bağlı görülmüş işlərdən danışıb. Səbinə Babayeva İşçi qrupun üzvlərinə yeni təsnifat layihəsini təqdim edərək layihənin hazırlanmasında əsas götürülmüş prinsiplər, yanaşmalar və təklif olunan struktur, eləcə də İşçi qrupun üzvlərindən gözləntilər barədə məlumat verib.
 
Daha sonra aidiyyəti qurumların nümayəndələrinin təklifləri dinlənilib.
 
İclas müzakirə formatında davam etdirilib.
Link kopyalandı!
Son xəbərlər