“Yıxılsaydım da orada “tros” məni saxlayacaqdı, öz-özümə kövrəldim ki...” -  Alim Qasımovdan İLLƏR SONRA ETİRAF
490
09:22, Bu gün

“Yıxılsaydım da orada “tros” məni saxlayacaqdı, öz-özümə kövrəldim ki...” -  Alim Qasımovdan İLLƏR SONRA ETİRAF

“Ramazan ayını hələ ki, Azərbaycanda olmağı düşünürəm. Oruc tutacağıq, iftar süfrələri verəcəyik. Allah dünyamızı əmin-amanlıq etsin. Xalqımızı Ramazan ayı münasibəti ilə təbrik edirəm. Hələ ki, xarici səfər yoxdur. Səfər olanda da əlbəttə ki, dövlət tədbiri olsa gedəcəyik. Sənətlə bağlı arzularım yoxdur. Arzum budur ki, xalqımız, ölkəmiz, insanlarımız xoşbəxt olsunlar, firavan yaşasınlar. Mən arzulamadığım ölkələri də gəzmişəm. Onları heç tanımırdım, gəzməmişdim də”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, ustad sənətkar Alim Qasımov bildirib.
O daha sonra sənətdə etdiyi yeniliklərdən danışıb:
 
“Yeniliyə açıq sənətkaram. Yenilikdən qaçmıram da. Qurban olum Allaha, biz nəyin üstündə işləyiriksə bir müddətdən sonra ona ehtiyac olur. Halbuki onu öncədən hazırlamışıq. Belə anlar bizdə çox olur. Hər şeyin ilki bir az tənqidi olur. Bu da olan şeydir. Onlara fikir vermirəm. Mənim artıq geriyə qayıtmağa haqqım yoxdur”.
 
Xalq artisti, ustad sənətkar Alim Qasımov Birinci Avropa Oyunlarının açılış mərasimində “uçan xalça” üzərinə çıxmasından da danışıb. O bildirib ki, bu təhlükəli bir vəziyyət idi:
“Bu xalçanın altından bir cür qanadlar qoymuşdular və o qanadlar yellənirdi. Mən də düz həmin xalçanın üzərində oturmuşdum. Belimi də bağlamışdılar ki, birdəm yıxılsam “tros” məni saxlasın. Çox riskli idi. Mən bir az orada kövrəldim.. Öz-özümə fikirləşdim ki, Allahın yolunu gedəndə, haqq-ədaləti tutanda yerdə otursan belə Allah səni göylərə qaldırır”, - deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər